Kitabxana (informatika) (en. library) – proqramlaşdırmada: bir faylda saxlanılan prosedurlar toplusu (yığını). Kitabxanada olan hər bir prosedurlar dəstinin adı olur və çeşidli, çox zaman çox spesifik məsələləri yerinə yetirir. Məsələn, C dilinin standart kitabxanasında olan printf() funksiyası simvolları ekranda əks etdirir. Belə prosedurlar dəstləri işi asanlaşdırır və tezləşdirir. Proqramçı kitabxananı öz proqramında elan edə və proqramın yerinə yetirilməsi gedişində onun prosedurlarına müraciət edə bilər, yəni lazım olduqda həmin prosedurları yenidən yazmağa gərək yoxdur. Kitabxanalar müəyyən proqramlaşdırma dilinin standart altproqramlarından və ya xüsusi altproqramlardan ibarət ola bilər.
Ənənəvi anlamda kitabxana bəzən proqram təminatına və ya verilənlər fayllarına müraciət etmək üçün hər hansı informasiya yığınıdır.
Kitabxana proqramı – proqramlaşdırmada: proqramlar kitabxanasında saxlanılan və kitabxanaya müraciət edə bilən istənilən proqram tərəfindən istifadə olunan proqram.